Accessibility links

Əfsanə Sevigin: Güneyli ailələrdə uşaqların sayı azalır


Əfsanə Seviginlə müsahibə
please wait

No media source currently available

0:00 0:08:46 0:00
Bu yaxınlarda İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İran əhalisinn sayının artırılması məqsədilə 14 maddədən ibarət plan təqdim edib. Bu addımın atılması İran əhalisinin sayının azalması ilə bağlı narahatlıqlardan irəli gəlir. Lakin hüquq müdafiəçiləri bunun demoqrafik problemin həllindən daha çox qadınların ictimai həyatda rolunun məhdudlaşdırılması ilə bağlı olduğundan ehtiyat edir.

Amerikanın Səsinə müsahibədə İsveçdə yaşayan güneyli qadın fəal Əfsanə Sevigin İran Azərbaycanında əhalinin sayının azalması tendensiyasının narahat doğuracaq bir səviyyəyə gəldiyini deyir. O, son illər azərbaycanlılar arasında əhali artımının qeyd edilmədiyini vurğulayır.

Əfsanə Sevigin güneyli ailələrdə getdikcə uşaqların sayının azaldığını deyir. Onun bildirdiyinə görə, gənclər arasında evlənmə vaxtını uzatmaq tendensiyası müşahidə edilir, eyni zamanda müasir Azərbaycan ailələrində bir-iki uşaqla kifayətlənirlər.

Əfsanə Sevigin doğum səviyyəsinin azalmasının həm iqtisadi, həm də sosial-ictimai faktorlarla izah edildiyini bildirir. Onun sözlərinə görə, İranda çoxuşaqlı ailələrin dəstəklənməsi üçün ictimai sistem mövcud deyil. O, cəmiyyətdə qadınların bərabər hüquqlara malik olmadığını və onlardan ənənəvi funksiyaların yerinə yetirilməsinin istənildiyini deyir.

Əfsanə Sevigin ölkədə işsizilik səviyyəsinin yüksək olduğunu qeyd edərək, qadınların iş tapmaqda daha çox çətinliklərlə qarşılaşdığını bildirir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG