Accessibility links

Azərbaycan minifutbol üzrə Avropa çempionu olub


Azərbaycanın minifutbol komandası
Azərbaycanın minifutbol komandası

İyunun 11-də minifutbol üzrə Azərbaycan yığma komandası Avropa çempionu olub. Bu, Azərbaycanın minifutbol tarixində ilkdir.

Azərbaycan Minifutbol Federasiyasının məlumatına görə, Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında Azərbaycan millisi altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Seymur Məmmədov vurub.

Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.

Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komanda qrupda Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG