1950-ci illərdə bu kənddə geoloji kəşfiyyat işləri aparılırdı. O zaman kəndin vəziyyəti yaxşı idi. Son 30 ildə bu kəndə diqqət azaldı və kənd indi düşüşdədir. Əməkdaşımız Əziz Kərimov Kobalt kəndinə baş çəkib.
Daşkəsənin Kobalt kəndindən fotoreportaj

1
Bu dəfə yolumuzu Daşkəsinin mərkəzindən təxminən 7-8 km aralıqda yerləşən “mineral kəndi”-nə saldıq.

2
Kəndin girişində ağaçların arasından görsənən kənd əsl istirahət mərkəzi kimi görünsə də, kəndə tərəf getdikcə vəziyyətin fərqli olduğu görünür.

3
1956-cı ildə bu kənddə tərkibində kobalt olan mineralların geoloji kəşfiyyat işləri aparılır. Həmin işləri aparan geoloqlar üçün salınan kənd də elə Kobalt adlandırılır.

4
Yerli sakinlərin qazancları yüksək idi. Hətta ətraf kənd və qəsəbələrdən burada işləmək üçün gələnlər də var idi.