Accessibility links

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilib


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ləğv edilib. Onun yerində Baş Gömrük İdarəsi - Azərbaycan Dövlət Gömrük Komitəsinin tabeliyində qurum yaradılıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də fərmanlar imzalayıb.

Naxçıvan Gömrük Komitəsinin ləğvi barədə qərar Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan gömrüyündə apardığı həbslər fonunda qəbul edilib.

Bundan öncə Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib və birbaşa Bakıya tabe olan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti regional idarəsinin yaradılması barədə sənəd imzalanıb.

Əvvəllər bu qurumlar Naxçıvan Ali Məclisinə tabe idi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG