Accessibility links

Tələbə fəal Məhəmməd Səbahəti Evin həbsxanasından zaminə buraxılıb


Məhəmməd Şəbahəti (Foto mənbəyi: Ölkə Tələbələri Sinfi Şuraları Telegram kanalı)
Məhəmməd Şəbahəti (Foto mənbəyi: Ölkə Tələbələri Sinfi Şuraları Telegram kanalı)

Yanvarın 22-də tələbə fəal Məhəmməd Şəbahəti Tehranın Evin həbsxanasından 900 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Fəalının müvəqqəti azadlığa buraxılması onun apellyasiya şikayətinə baxılmasının təsdiqindən sonra mümkün olub.

Bu barədə məlumatı Ölkə Tələbələri Sinfi Şuraları Telegram kanalı yayıb.

Şəbahəti 2020-ci ilin noyabrında Tehran İnqilab Məhkəməsi tərəfindən qiyabi olaraq "milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq"da ittiham edərək 5 il həbs cəzasına məhkum edilmişdi. Tehran Universitetinin Azərbaycan əsilli tələbəsi yanvarın 9-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, həbs hökmünün icra edilməsi məqsədilə Tehranın Evin həbsxanasına köçürülmüşdü.

Fəalın həbsi ona verilən 5 il həbs cəzasına etiraza baxılması prosesinin yekunlaşmadığı bir vaxtda baş verib. Apellyasiya Məhkəməsi birinci məhkəmənin qərarı ilə bağlı yekun qərarını verdikdən sonra hökmün icra prosesinə başlanılır.

Şabahati Tehranda yaşayır. O, Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin Antropologiya ixtisası üzrə təhsil alır.

Onun həbsi universitetdən qovulma ehtimalı ilə bağlı narahatlıqları artırmışdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG