Accessibility links

Milli fəal Behzad Xudabəndəli məhkəməyə çağırılıb


Güneyli fəal Behzad Xudabəndəli
Güneyli fəal Behzad Xudabəndəli

Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində yaşayan milli fəal Behzad Xudabəndəli məhkəməyə çağırılıb.

Bu barədə HRA agentliyi və Az News Telegram kanalı xəbər yayıb.

Bu xəbərə görə, təhlükəsizlik qüvvələri fevralın 8-də milli fəalı həbs etmək məqsədilə atasının evinə gedib, lakin fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Dünən, fevralın 27-də Miyandab Ümumi və İnqilab Prokurorluğunun 3 saylı şöbəsi Xodabəndeh güneyli fəal Xudabəndəliyə çağırış vərəqəsi göndərib.

Həmin məhkəmə bildiriş vərəqəsinə görə, o, beş gün ərzində məhkəməyə müraciət etməlidir.

Bu bildirişdə azərbaycanlı fəal “İran İslam Respublikasına müxalif qrup və ya təşkilatların xeyrinə təbliğat aparmaq”, “ictimai rəyi çaşdırmaq” və “İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək”də ittiham olunur.

Son aylarda İranda təhlükəsizlik qüvvələrinin türk fəallara qarşı təzyiqləri olduqca artıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG