Accessibility links

Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə edir


Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətinin görüşü
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətinin görüşü

Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı kəşfiyyat sahəsində üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, dekabrın 3-də müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətini qəbul edib.

Görüşdə hərbi təhsil və regional təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirələri müzakirə edilib.

Nazir Həsənov Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli formatda keçiriləcək işçi görüşünün iştirakçılarına uğurlar arzulayıb.

Nümayəndə heyətini Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev də qəbul edib.

Müdafiə Nazirliynin məlumatında deyilir ki, tərəflər təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dair müzakirələr aparıblar.

Xatırladaq ki, Türkiyə hərbi kəşfiyyat idarəsinin rəhbəri də Bakıya səfərə gəlib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG