Dekabrın 9-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfəri çərçivəsində bu ölkənin Prezidenti İsxaq Hersoq ilə görüşüb
Azərbaycanın İsrailədki səfriliyi X Platformasında bildirib ki, görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.
Azərbaycan Prezidentinin köməkçisi dekabrın 8-də isə bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
“Biz Yaxın Şərqdə və Qafqazda son hadisələri, regional təhlükəsizlik və İsrail ilə Azərbaycan arasında möhkəm ikitərəfli münasibətləri müzakirə etdik. Bizim reallıqlarımız möhkəmdir və biz onu daha da gücləndirməyə sadiqik!”, nazir Saar X platformasında yazıb.
Forum