Accessibility links

Estoniya etiraz aksiyalarının dağıdılmasına görə Gürcüstanın baş nazirinə sanksiyalar tətbiq edib


Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Nyu Yorkda “Freedom Online” koalisiyasının “Bəşəriyyət üçün süni intellekt: Hüquqlara əsaslanan idarəetməyə doğru qlobal kursun planlaşdırılması” mövzusunda nazirlər səviyyəsində keçirilən tədbirdə çıxış edir, 23 sentyabr 2024.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Nyu Yorkda “Freedom Online” koalisiyasının “Bəşəriyyət üçün süni intellekt: Hüquqlara əsaslanan idarəetməyə doğru qlobal kursun planlaşdırılması” mövzusunda nazirlər səviyyəsində keçirilən tədbirdə çıxış edir, 23 sentyabr 2024.

Estoniya xarici işlər naziri rəsmi Tallinin bazar günü Tbilisinin Avropa tərəfdarı nümayişçilərə qarşı “cinayətkar” təqiblərinə görə baş nazir də daxil olmaqla, Gürcüstanın ondan çox yüksək səviyyəli rəsmisinə sanksiya tətbiq etdiyini bildirib.

Gürcüstan rəsmiləri iqtidarda olan partiyanı demokratiyaya zərbə vurmaqda və ölkəni Rusiyanın təsiri altına qaytarmaqda ittiham edən nümayişçilərə qarşı rəftarına görə geniş tənqidlərlə qarşılaşıb.

Polis nümayişləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, təhlükəsizlik qüvvələri müxalifət partiyalarının ofislərinə basqın edib, müxalifətçi deputatları və jurnalistləri döyüb.

“Hakimiyyətin etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı zorakılıqları cinayətdir və insan haqlarına ziddir”, Estoniyanın baş diplomatı Marqus Tsahkna bildirib.

“Mən bütün Aİ ölkələrini reaksiya verməyə və hərəkətə keçməyə çağırıram”, o, X platformasında əlavə edib.

Yeni sanksiyalar hakim “Gürcü Arzusu” partiyasının ifrat sağçı, “Mançester Siti” komandasının keçmiş hücumçusunu prezident təyin etməsindən bir gün sonra elan edilib.

Bu seçim artan konstitusiya böhranı fonunda Avropayönlü müxalifət tərəfindən boykot edilib.

Estoniya digər Baltikyanı ölkələrlə birlikdə artıq Gürcüstanın bir neçə rəsminin öz ərazilərinə ayaq basmasını qadağan edib.

Bunlara Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, eləcə də Gürcüstanın ən zəngin adamı, Gürcüstan siyasətinin iplərini əlində saxlayan “usta” hesab edilən Bidzina İvanişvili daxildir.

“Gürcü Arzusu” partiyasının oktyabrda müxalifət tərəfindən saxta adlandıraraq, tənqid etdiyi seçkilərdə qalib gəldiyini bəyan etməsindən sonra on minlərlə insan küçələrə axışıb.

Baş nazir İrakli Kobaxidzenin noyabrın sonlarında Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq barədə şok qərarından sonra isə hər gecə etirazlar keçirilməyə başlayıb.

Bloka qoşulmaq Gürcüstanın konstitusiyasında təsbit olunmuş iddialı məqsəddir və sorğular ölkə əhalisinin təxminən 80 faizinin bunu dəstəklədiyini göstərir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG