ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı məlumata görə, paytaxt Vaşinqton şəhərinin Ronald Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi Sikorski-60 helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Toqquşma təyyarə aeroporta eniş edərkən baş verib.
American Airlines-a (Amerika Hava Yolları) məxsus 5342 saylı reyslə uçan təyyarə Bombardier CRJ700 markalı təyyarə olub. Qəza baş verərkən o, Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçurdu.
Milli Nəqliyyat Təhlükəsizlik İdarəsi FAA ilə birlikdə təhqiqata başlayıb.
Kanzas ştatını təmsil edən senatorlar Cerri Moran və Rocer Marşall təyyarənin Viçita şəhərindən səmaya qalxdığını təsdiqləyiblər.
Paytaxt polisi digər agentliklərlə birlikdə Potomak çayında axtarış və xilasetmə işlərinin koordinasiya olunduğunu bildirib.
Prezident Donald Trampın mətbuat katibi prezidentin hadisə barədə məlumatlandırıldığını deyib.
Vitse Prezident JD Vans X platformasında yazdığı mesajda qəzada olanlar üçün dua etdiyini və administrasiyasının vəziyyəti diqqətlə izlədiyini bildirib.
Forum