Accessibility links

Parisdə bir küçəyə Navalnının adı veriləcək. Küçə Rusiya səfirliyinin yaxınlığında yerləşir


Paris Bələdiyyə Şurası küçələrdən birinə siyasətçi Aleksey Navalnının adının verilməsi ilə bağlı qərarı təsdiqləyib. Bu barədə “Novaya qazeta” şəhər meriyasına istinadən məlumat yayıb.

"Navalnı Vladimir Putinin diktaturasına qarşı çıxan roluna görə Paris hakimiyyəti tərəfindən mükafatlandırılıb. Şəhər hakimiyyəti bələdiyyə şurası üzvlərindən onun şərəfinə de Pologne prospektinin tək nömrəli tərəfinin adının verilməsini xahiş edəcək", meriyanın məlumatında deyilir. Artıq bu küçə Aleksey Navalnı prospekti adlanacaq.

Navalnı küçəsi Parisin 16-cı dairəsində, Rusiya səfirliyinin binasından 400 metr aralıda yerləşir. Açılış mərasiminin tarixi hələ açıqlanmayıb. Şəhər rəhbərliyi müxalif siyasətçinin şərəfinə adlandırılan küçənin seçilməsini tarixən 16-cı rayonun rus diasporunun iqamətgahı olması və Rusiya səfirliyinin yerləşməsi ilə izah edib. Qeyd olunur ki, fərmana əsasən, küçəyə yeni ad verilməsi üçün beş illik müddət keçməlidir, lakin Paris şurası Navalnı üçün istisna yarada bilər.

Aleksey Navalnının ölümü barədə 2024-cü il fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti məlumat yayıb. Agentliyin məlumatına görə, siyasətçi “gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib” və reanimasiya tədbirləri nəticə verməyib. Müstəntiqlər Navalnının cəsədini yalnız fevralın 24-də anasına qaytarıblar. Siyasətçi martın 1-də Moskvada Borisovskoye qəbiristanlığında dəfn edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG