Accessibility links

Barak Obama: "Suriyaya hərbi müdaxiləyə qərar vermişəm" [Yenilənib]


ABŞ prezidenti Barak Obama bildirib ki, o, kimyəvi silah hücumlarına görə Birləşmiş Ştatların Suriya hökumətinə qarşı hərbi addım atmasına dair qərar verib.

Bu gün Ağ Evdə televiziya vasitəsilə çıxış edən prezident Obama deyib ki, qeyri-məhdud hərbi müdaxilə olmamalıdır və ABŞ quru qoşunları Suriyaya göndərilməyəcək.

Cənab Obamanın sözlərinə görə, genişliyi və müddəti baxımından Birləşmiş Ştatlar hərbi müdaxiləsi məhdud olacaq.

Ancaq prezident deyib ki, onun bu qərarı Konqres tərəfindən təsdiq edilməyənədək heç bir hərbi müdaxilə həyata keçirilməyəcək.

Prezidentin sözlərinə görə, kimyəvi silahla edilmiş "vəhşilik" yalnız araşdırılmamalıdır, həm də ona cavab verilməlidir.

O deyib ki, Birləşmiş Ştatlar Dəməşqdə baş verənlərə göz yuma bilməz. Prezident habelə Konqres üzvlərini ABŞ-ın Suriyaya cavabını nəzərdən keçirərkən bəzi şeylərin partiyalararası fikir ayrılığından daha vacib olduğunu nəzərə almağa çağırıb.

Daxil olan məlumatlara görə, Barak Obamanın çıxışını Suriya dövlət televiziyası da canlı yayımlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG