Accessibility links

Günel Mövlud: Seks Azərbaycanda qapalı mövzudur [Video]


Günel Mövludla Skype müsahibə
please wait

No media source currently available

0:00 0:29:05 0:00

Publisist-yazar Amerikanın Səsinə müsahibədə Azərbaycan cəmiyyətində cinsəl münasibətlərin müzakirəsinin vacibliyindən danışır

Bu günlər sosial-şəbəkələrdə publisist-yazar Günel Mövludun “Seks niyə vacibdir?” adlı yazısı ətrafında geniş müzakirələr aparılır. Cinsəl əlaqələr, ya da seksə münasibət Azərbaycan cəmiyyətində tabu qoyulan və açıq müzakirəyə çıxarılmayan mövzulardır. Cəmiyyət nə üçün bu mövzunu açıq müzakirə etməyə hazır deyil? Gənclərin seksual tərbiyəsi Azərbaycan cəmiyyəti üçün nə dərəcədə önəmlidir? Günel Mövlud Amerikanın Səsinə Skype müsahibədə bu məsələlərə münasibət bildirib.

Günel Mövlud məsələni gündəmə gətirməyin vacibliyini cəmiyyətdə açıq diskussiyanın olmaması ilə izah edir. O, ölkədəki problemlər və insanlar arasında problemlərin insanların cinsel mənada azad olmaması il əlaqələndirməyə çalışdığını deyir. Günel Mövludun fikrincə, ölkə ziyalıları seksual tərbiyə və cinsəl münasibətlərlə bağlı məsələlərin milli mentatalitə uyğun olmadığı üçün müzakirəsindən qaçmağa davam etdiyi halda, mövzu cəmiyyət üçün qapalı olaraq qalacaq.

O, mövzunun cəmiyyətdə kişilər üçün açıq, qadınlar üçün qapalı qaldığını qeyd edərək, Azərbaycan cəmiyyətini “kişi mərkəzçi, maskulin” cəmiyyət adlandırır və bunu kişilərin dominant mövqedə olması ilə izah edir. Günel Mövlud qadınların cəmiyyətdə mövcud stereotiplər çərçivəsindən, hətta istədikləri halda belə, ictimai qınaqdan çəkinərək çıxa bilmədiklərini deyir. O, Azərbaycan qadınının bu gün ictimai qınaq hədəfi olmasında özünün də günahı olduğunu düşündüyünü söyləyir.

“Azərbaycan qızlarının yeniyetmə yaşlarında qadın alverinin qurbanı olmalarının, başqa ölkələrdə seksual istismar olmalarının səbəbi bundan başlayır ki, onların lazımi yaşda gözü açılmayıb bu məsələlərə”

Məsələyə açıq şəkildə münasibət bildirdiyinə görə bəzən aqressiv münasibətlə qarşılaşmasından danışan Günel Mövlud belə reaksiyanı gözlədiyini deyərək, bunun səbəbini açıq və ifşaedici ifadələrin işlədildiyi yazını oxuyan minlərlə insanın burada özünü tanıması ilə izah edir.

Günel Mövlud Azərbaycan gənclərinin “seksual inqilab” çağırışlarından danışaraq bu inqilabın artıq başladığını, lakin gizli saxlandığını deyir. O, Azərbaycanda bakirəliyin bərpası əməliyyatları, ailə daxilində ər və arvadın bir-birinə xəyanətini bu inqilabın göstəriciləri olduğunu bildirib. “Lakin toplum olaraq açıq danışa bilmədiyimiz üçün bu, etiraf edilmir,” deyə o bildirir.

Günel Mövlud məktəblərdə seksual tərbiyə dərslərinə ehtiyac olduğunu, gənclərin seksual maarifləndirilməsinin bir zərurət olduğunu deyir. Onun fikrincə, Azərbaycan qızlarının yeniyetmə yaşlarında qadın alveri qurbanı olması, başqa ölkələrə aparılıb seksual istismara məruz qalmasının səbəbləri müəyyən yaşda seksual maarifləndirmənin olmamasındadır.

Günel Mövlud maarafiləndirmə missiyasının valiydenlərlə yanaşı, təhsil sistemində tədris proqramları, qeyri-hökumət təşkilatlarının, eləcə də könüllülər tərəfindən həyata keçirilə biləcəyini deyir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG