Azərbaycanın Olimpiya Yığması XXX-cu London Yay Olimpiya Oyunlarında 10 medalla 30-cu yeri tutub
Londonda Azərbaycan idmançılarının mübarizə anları

9
84 kq kişilər arasındakı güləş yarışlarında mübarizə aparan Şərif Şərifov (mavi) sürpriz nəticəsində finala çıxmış Puerto Rikolu Ceyme Yusepti asanlıqla məğlub etdiyinə inana bilmir.

10
Şərif Şərifov eyni gündə Azərbaycana ikinci qızıl medalı qazandırır. Eyni gündə, eyni zalda, eyni himn ikinci dəfə səslənir.

11
Qızıl medal xəyalları məhv olan digər güləşçi RÖVŞƏN BAYRAMOV - 2008-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı Londonda da gümüş medal qazanmağı özü üçün uğursuzluq hesab edir.

12
London Olimpiadasının son günü Xetaq Qazyumov (2008-ci il Olimpiya 3-sü) Azərbaycana 6-cı bürüncü, ümumilikdə isə 10-cu medalı qazandıraraq ölkəsinin 30-cu yerdəki yerini möhkəmləndirir.