London Olimpiadasında ilk dəfə olaraq bir sıra ölkələrin formaları dünyanın aparıcı dizaynerləri tərəfindən hazırlanıb. Corcio Armani, Prada, Salvatore Ferraqamo, Hermes, Stella Makkartni kimi moda dünyasının tanınmış dizaynerləri və moda evləri rəsmi formalar və idmançıların yarışlarda geyimlərini dizayn edib. Azərbaycan komandasının İtaliyanın Ermanno Scervino moda evi tərəfindən hazırlanmış forması rəğbətlə qarşılanıb.
Azərbaycanın London Olimpiadasında rəsmi forması yüksək rəy qazanıb

5
ABŞ Olimpiya komandası Amerika dizayneri Ralf Loren tərəfindən dizayn edilmiş formada

6
ABŞ Olimpiya komandasının rəsmi forması Amerika dizayneri Ralf Loren tərəfindən hazırlanıb

7
Britaniyanın Yay Olimpiya oyunlarında rəsmi formasının dizayneri Stella Makkartnidir

8
Italyanlar Olimpiya oyunlarının açılışnda moda ustası Corcio Armaninin dizayn etdiyi rəsmi formada çıxıblar