Accessibility links

MTN narkotik qaçaqmalçılarını tutub


Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib
Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

9 Azərbaycan, 2 İran vətəndaşından 30 kiloqramadək narkotik götürülüb

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin məlumatına görə, İrandan gətirilən 30 kiloqramadək narkotik aşkar edilərək götürülüb.

İfşa edilərək saxlanan narkotik qaçaqmalçıları arasında 9 Azərbaycan, 2 İran vətəndaşı var. Onların hamısı barəsində təqsirləndirilən şəxs qismində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib

Faktlar üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG