Accessibility links

Bakıda qadın özünü yandırıb


Özünü yandıran insan
Özünü yandıran insan

Son günlər Azərbaycanın müxtəlif regionlarından insanlar etiraz olaraq özünə od vurur

Bu gün Bakıda daha bir nəfər özünə od vurub. ANS PRESS agentliyinin məlumatına görə, hadisə Səbayel rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.

Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.

Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.

Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.

Səbayel rayon Polis İdarəsi qadının özünü yandərmasını Amerikanın Səsinə təsdiq edib. "Hazırda hadisə yerində araşdrıma aparılır". deyə növbətçi hissədən Amerikanın Səsinə bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG