Accessibility links

Natiq Kərimov şahid qismində dindirilir


Natiq Kərimov
Natiq Kərimov

Bakının Nardaran qəsəbə sakini Natiq Kərimov Nardaran hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində hazırda şahid qismində dindirilir.

Bu barədə Amerikanın Səsinə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

APA-nin məlumatına görə isə Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.

Natiq Kərimov Nardaranda Ağsaqqallar Şurasının sədridir.

Hüquq mühafizə orqanları noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 2-si polis əməkdaşı olmaqla 7 nəfər ölüb.

30-dan çox sakin həbs edilib. Hazırda qəsəbənin giriş yollarında polis postları qoyulub. Nardarana insanlar postlarda yoxlanıldıqdan sonra buraxılır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG