Azərbaycan Prezidentinin köməkçisi İsrailin xarici işlər naziri ilə görüşüb

Hikmət Hacıyev və Gideon Saar (Mənbə: Sosial şəbəkə)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Yerusəlimdə (Qüds) İsrail xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Bu barədə dekabrın 8-də İsrail xarici işlər nazirinin müavini Şaren Haskel X hesabında məlumaat yayıb.

Görüşün detallrı və Hikmət Hacıyevin İsrailə səfəri ilə bağlı Azərbaycan tərəfi hələ məlumat yaymayıb.