Tramp polad və alüminiuma 25 faizlik tarif tətbiq edir

Prezident Donald Tramp bazar ertəsi polad və alüminium idxallarına tarifləri kəskin şəkildə qaldıran bəyannamələr imzalayıb. Bəyannamələr əsas məhsul ixracatçıları olan Kanada, Meksika, Braziliya və digər ölkələrə verilən istisnaları və rüsum kvotalarını ləğv etmiş olur.

Trampın alüminimuma tətbiq etdiyi 25 faizlik tarif 2018-ci ildə onun bu sektora tətbiq etdiyi 10 faizlik tarifləri üstələyir. Onun bu addımı habelə milyonlarla ton polad və alümunium idxalına 25 faizlik tarifləri bərpa edir ki, bundan öncə bu məhsulların mütləq əksəriyyəti Birləşmiş Ştatlara rüsumsuz daxil olurdu.

Bu bəyannamələr Trampın yerli polad və alüminium istehsalçılarını qoruyan 2018-ci ildə imzaladığı 232 Maddəli milli təhlükəsizlik tariflərinin davamıdır. Ağ Ev rəsmisi bildirib ki, istisnalar həmin ölçülərin effektivliyini azaldıb.

Tramp həmçinin poladı idxal etmək üçün yeni Şimali Amerika standartları qəbul edir. Həmin standartlara əsasən, polad “əridilməli və tökülməli”, alüminium isə “qızdırılmalı və formalaşdırılmalıdır” ki, burada məqsəd Çindən idxal olunan minimum emal olunmuş materialların həcmini azaltmaqdır.

Göstəriş habelə idxal olunan poladdan istifadə edən məhsulların tariflərlə hədəf alınmasını nəzərdə tutur.

Trampın ticarət üzrə müşaviri Piter Navarro deyib ki, bu ölçülər ABŞ polad və alüminium istehsalçılarına kömək edəcək və Amerkanın iqtisadiyyatını və milli təhlükəsizliyini gücləndirəcək.

"Polad və alüminium tarifləri 2.0 xarici dampinqə son qoyacaq, yerli istehsala təkan verəcək, Amerika iqtisadiyyatı və milli təhlükəsizliyinin onurğa sütunu olan polad və alüminium sənayelərimizi qoruyacaq," Navarro deyib.

Tramp polad və alüminiumla bağlı ölçülərə bazar günü eyham vurmuş və əlavə etmişdi ki, həftənin sonunda qarşılıqlı tariflər elan edəcək. Onun bu addımı ticarət partnyorlarından əks-ölçülər barədə xəbərdarlıqlara qarşılanıb.