Ancelina Joli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq

Ancelina Joli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq

Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Joli Suriya qaçqınlarının vəziyyəti ilə tanış olmaq üçünTürkiyəyə səfər edəcək.

Səfərin cümə günü başlayacağı bildirilir. Ancelina Jolinin Türkiyə-Suriya sərhəddində çadır şəhərciyinə baş çəkəcəyi gözlənilir.

Suriya silahlı qüvvələrinin ölkənin şimalında Cisr əl-Şuqur şəhərində yerləşməsindən sonra minlərlə insan zorakılıqlardan qorxaraq, qonşu Türkiyəyə pənah gətirmişdir.

Dünyanın böhranlı bölgələrinə səfərlər edən Ancelina Joli 2001-ci ildən BMT-nin Qaçqınlar agentliyinin xoşməramlı səfiridir.