İran nüvə tərksilahına dair beynəlxalq konfransa ev sahibliyi edəcək

İran nüvə tərksilahına dair beynəlxalq konfransa ev sahibliyi edəcək

İki gün sürəcək konfrans Vaşinqtonda nüvə təhlükəsizliyinə dair beynəlxalq konfransın başa çatmasından dörd gün sonra aprelin 17-də keçiriləcək

İran bu ayın sonu nüvə tərksilahına dair beynəlxalq konfransa ev sahibliyi edəcəyini elan edib.

Nüvə danışıqlarında İranın baş müzakirəçisi Səid Cəlili deyib ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsini təşviq etmək məqsədilə keçiriləcək danışıqlarda Çin də iştirak edəcək.

İki gün sürəcək konfrans Vaşinqtonda nüvə təhlükəsizliyinə dair beynəlxalq konfransın başa çatmasından dörd gün sonra aprelin 17-də keçiriləcək. Çin prezidenti Hu Tsintao ABŞ-da keçiriləcək konfransda iştirak edəcək.

Çin İranın mübahisəli nüvə proqramına görə ölkəyə qarşı yeni sanksiyaların tətbiq edilməsi səyləri əleyhinə çıxır.