Azərbaycanlı qadınlar ABŞ-da uşaqlar üçün Novruz şənliyi keçirib

Azərbaycanlı qadınlar ABŞ-da uşaqlar üçün Novruz şənliyi keçirib

Amerikada azərbaycanlı qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi keçirib. Tədbirdə paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan uşaqlar və onların valideynləri iştirak edib. Şənliyin təşkilatçıları uşaqlara Novruz bayramı haqqında məlumat verib. Balacalar üçün bayram süfrəsi açılıb və xonçalar düzəldilib. Uşaqlar Azərbaycan dilində şerlər söyləyiblər. Novruz adətlərini uşaqlara öyrətmək məqsədilə onlara yumurta boyamaq öyrədilib. Milli geyimdə olan qızların rəqsləri şənlikdə xüsusi əhval-ruhiyyə yaradıb. AWA bildirib ki, tədbirin əsas məqsədi uzaq Amerikada uşaqlara Novruz adətlərini öyrətməkdən ibarətdir. Novruz şənliyi Virciniya ştatının Aleksandriya şəhərində keçirilib.