Ukrayna ordusunun hərbi yardıma ehtiyacı var [Video]

Your browser doesn’t support HTML5

Bir neçə hazırkı və sabiq rəsminin siyasəti dəyişmək barədə çağırışından sonra Obama administrasiyası Rusiyanın dəstəklədiyi üsyançılarla mübarizə üçün Ukraynanı hərbi silahla təchiz etmək yollarını araşdırır. Qərb Ukraynanın döyüşlər getdiyi bölgəsini uniforma və kommunikasiya təchizatı olmaqla, qeyri-hərbi humanitar yardımla təmin edir.

Döyüş bölgəsinin sonuncu yoxlanış məntəqəsində Ukrayna ordusu bölgədən çıxmağa çalışaraq, qohumları və ya sığınacaqlara üz tutan dolu avtomobillər və avtobusları diqqətlə yoxlayır. Onlar arxalarında dəfələrlə bomba hücumlarına məruz qalmış və hazırda demək olar ki, boş olan Papasna şəhərini qoyublar. Orada qalanlar isə üsyançıları dəstəkləyənlər və qərbdən olan nümayəndələri görmək istəməyənlərdir.

Şəhərin meri Yuri Onişenko və onun Kiyev hökumətinə sadiq olan bir neçə işçisi hücumlara baxmayaraq, burada qalmaqda davam edir. “Bir mer kimi hazırda mən öz vəzifəmi belə bilmirəm, çünki özbaşına qalmışam. Günün birinci yarısı müavinimlə birlikdə şəxsi avtomobilimdə, eləcə də şəhərdə qalan 7-8 işçim zirzəmilərdə sığınan insanlara isti yemək daşıyırıq.”

Yaxınlıqda bir həftədən çoxdur Ukrayna ordusunun ələ keçirdiyi Debaltsevo şəhəri yerləşir.

Yarısı işğal edilən Donetsk regionun yeni qubernatoru, Ukrayna ordusunun generalı Aleksandr Kitenko məsələni belə anladır. “Bir hərbçi, bir Ukrayna generalı kimi onu deyə bilərəm ki, bizim bu gün hərbi yardıma ehtiyacımız var. Bizə komunikasiya və kəşfiyyat təchizatı da daxil olmaqla, müasir silahlar və tanklara qarşı müdafiə sistemləri lazımdır. Əlbəttə, təlimatçılarla da yardım yaxşı olardı. ”

Qubernator otağında iki həftə bundan əvvəl Mariopolda 30 nəfərin ölümünə səbəb olan mərminin bir parçasını saxlayır.

Qərbin iqtisadi sanksiyaları Rusiya prezidenti Vladimir Putini separatçıları dəstəkləməkdən çəkindirmədi. “Ukraynanı silahla təchiz etmək Rusiyaya təzyiqi artıracaq, lakin nəticələrin necə olacağını demək çətindir,” deyə, Kiyevdəki Beynəlxalq Araşdırmalar Mərkəzindən təhlilçi Yaroslav Voytko bildirir.

“Silahla təmin edilmə ola bilsin Putinin geri addım atmasına gətirib çıxaracaq. Lakin onun buna reaksiyasının necə olacağını qabaqcadan demək çətindir. Təəssüflər olsun ki, hər şey ola bilər.”

Elə bu qeyri-müəyyənlik xaricdən silah yardımının gecikməsinə səbəb olub. Lakin mövqelərini əldə saxlamaq üçün bu orduya tez bir zamanda yardlm lazımdır.