Bloq: Pax Turcica İnstitutu Kaliforniyada daha bir qətnamənin qəbul olunmasına nail olub

Bu, Pax Turcica İnstitutunun səyləri nəticəsində Türkiyənin Milli Günü münasibətilə beşinci belə sənəddir
Kaliforniya ştatının parlamenti Türk-Amerika Assosiasiyalarının (ATAA) tanınmasına dair rəsmi sənəd açıqlayıb. Sənəddə aprelin 23-ü Türkiyənin Milli Günü münasibətilə ştatın parlamenti adından rəsmi təbrik də çatdırılır.

ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniya ştatının parlamentində bu mühüm sənədin qəbul edilməsi Amerikada fəaliyyət göstərən Pax Turcica İnstitutu tərəfindən aparılan kampanya nəticəsində mümkün olmuşdur.

Rəsmi sənəd Kaliforniya ştatının 53-cü dairəsini təmsil edən parlamentin qadın üzvü Betsy Batler tərəfindən təqdim olunmuşdur.

Bu, Pax Turcica İnstitutunun səyləri nəticəsində Türkiyənin Milli Günü münasibətilə açıqlanmış beşinci belə sənəddir.

Bu il ərzində ABŞ-da fəaliyyət göstərən Türk və Azərbaycan diaspora təşkilatlarının birgə fəaliyyəti nəticəsində isə Birləşmiş Ştatların müxtəlif statlarının parlamenti və şəhər bələdiyyələri tərəfindən 12-ci sənədqəbul edilmişdir.