ABŞ Respublikaçılar partiyasının sədri Ədliyyə nazirliyinin Ağ Evin Senata seçkilər zamanı sövdələşmələri təhqiq etməyə çağırıb.
Respublikaçılar partiyasının həftəlik müraciəti zamanı Maykl Stil deyib ki, Ağ Evin Senatda yerlər uğrunda mübarizə aparan iki siyasətçini fikrindən daşındırmaq səyləri ilə bağlı xüsisi təhqiqat aparılmalıdır. Stilin sözlərinə görə, prezidenti Barak Obama açıq administrasiya haqda verdiyi vədə əməl etmir.
Ağ Ev ABŞ konqresmeni Co Sestakla Pensilvaniya ştatından Senata demokrat namizədlikdən imtina etdiyi halda, Obama administrasiyasında vəzifə ala bilməsi ilə bağlı danışıqlar apardığını keçən ay etiraf edib. ABŞ-ın keçmiş prezidenti Bil Klinton Obama administrasiyasının adının Sestakla əlaqə saxlamışdı. Lakin Sestak namizədliyini geri götürməmiş və keçən ay nominasiya qazanmışdır.
Ağ Ev həmçinin administrasiya vəzifə almaqla bağlı başqa bir siyasətçi ilə danışıqlar aparıldığını etiraf edib. Cənab Obamanın kadrlar şöbəsinin müdir müavini Cim Messina Endrü Romanovu Kolorado ştatında demokrat namizədlik uğrunda mübarizə aparmamağa razı salmağa çalışıb.
Ağ Ev bununla heç bir pozuntuya yol verilmədiyini bildirir.