Azərbaycan səfiri Suriyanı tərk edib

Suriya hökuməti hərbi əməliyyatlara dərhal son qoyulmasına çağırılır (Yenilənib)

Diplomatik missiyanın ölkəni tərk etməsi təhlükəsizlik və ölkədəki mövcud durumla bağlıdır
Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin bütün əməkdaşları bu
ölkəni qeyri-müəyyən vaxtadək tərk edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, diplomatik missiyanın ölkəni tərk etməsi təhlükəsizlik və ölkədəki mövcud durumla bağlıdır.
Suriyadakı Azərbaycan vətəndaşları da bu ölkəni tərk edib. Suriyada 50-dən çox Azərbaycan vətəndaşı olub.