
Dilşad Əliyarlı
Dilşad Əliyarlı jurnalist və yazardır. 20 ildir "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısı olub. Dilşad Əliyarlı yaratdığı “Qadın dünyası” bloqunda qadın və qızlara bərabər imkanların verilməsi, ailə həyatı və karyera arasında balans, moda, gözəllik və qadınları maraqlandıran müxtəlif mövzularda yazılar təqdim edir.
Dilşad Əliyarlı Azərbaycan xidməti ilə yanaşı, "Amerikanın səsi"nin rus xidmətində də radio proqramlarının aparıcısı olub. "Amerikanın səsi"ndən öncə Dilşad Əliyarlı BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri kimi çalışıb. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.
Produced by Dilşad Əliyarlı
-
İyun 29, 2019
Əhməd Haşimi: Sanksiyalar İran rejimini çökdürə bilər
-
May 10, 2019
İlhan Tanır: Türkiyə sürətlə geriyə doğru addımlayır
-
Aprel 20, 2019
Günel Mövlud: Məktəb üçün ən vacib şagirdi qorumaqdır
-
Aprel 10, 2019
Sudanda etirazların simvoluna çevrilən qadın kimdir
-
Mart 09, 2019
Mehman Hüseynov: Korrupsiyanı ifşa etməyə hazıram
-
Mart 07, 2019
Eren Özmen - Amerikanın türk əsilli milyarder qadını