Avropa Parlamentinin yanvarın 19-u qəbul etdiyi qətnamədə İranın Ali Rəhbəri Əli Xamneyi, Prezident İbrahim Rəisi, Baş Prokuror Məhəmməd Cəfər Montazer də daxil olmaqla dinc etirazlara sərt müdaxilədə məsuliyyət daşıyan hər kəsin ailə üzvləri ilə birgə sanksiya siyahısına əlavə edilməsi vurğulanır.
Yanvarın 16-sı minlərlə iranlı Fransanın Strasburq şəhərində İrandakı etirazlara dəstək yürüşü keçirib. Avropanın müxtəlif ölkələrindən gələn İran diaspor üzvləri Avropa Parlamenti qarşısına toplaşaraq İranın İslam İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanınmasını tələb ediblər.
Azadlıq qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahid Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti, söz və mətbuat azadlığı baxımından ilin yekunları barədə Amerikanın Səsinə danışıb.
Ukrayna xalqı Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb. Dekabrın 14-ü Strasburqda baş tutan mərasimdə mükafat ukraynalı təmsilçilərə təqdim edilib. Saxarov Fikir Azadlığı mükafatı 1988-ci ildən bəri hər il insan hüquqları və fundamental azadlıqların müdafiəsinə görə verilir.
Dekabrın 12-si Brüsseldə Avropa İttifaqı və Belarus istisna olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü baş tutub. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov görüşə qatılmaq üçün Belçikaya işgüzar səfər edib.
Avropa Şurası Nazirlər Komitəsi bu həftə baş tutan insan hüquqları toplantısında Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icra durumunu yenidən müzakirə edib. Müzakirə edilən məhkəmə qərarlarından biri jurnalist Xədicə İsmayılovanın işi ilə bağlıdır.
Praqada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Assambleyasına qatılan Bəxtiyar Hacıyev Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, Azərbaycanla Aİ arasındakı münasibətlərdə vətəndaş cəmiyyətinin iştirakçılıq payı, Azərbaycanda insan hüquqları, demokratiyanın vəziyyəti barədə danışıb.
Praqada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun assambleyası baş tutub. Pandemiyaya görə bir neçə illik fasilədən sonra Assambleya Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkənin, habelə, Aİ ölkələrindən vətəndaş cəmiyyəti üzvlərini yenidən bir araya gətirib.
Parlament qətnamədə qeyd edir ki, Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücum və vəhşilikləri, mülki infrastrukturu, o cümlədən, enerji infrastukturunu hədəfə alması terror aktına bərabərdir və müharibə cinayətləridir.
Avropa İttifaqı İranda son həftələrdə baş tutan etirazların zorakı yolla boğulmasına, repressiya və həbslərə görə bu ölkəyə qarşı yeni sanksiya paketini açıqlayıb.
Daha çox yüklə