Şahmat muzeyi Türkiyədə Ginnes Rekordlar kitabına düşən şahmat kolleksiyasının sərgiləndiyi qeydiyyatdan keçmiş ilk və yeganə muzeydir. Əsas peşəsi hüquqşünas olan Akın Gökyayın İtalyaya səfər vaxtı gördüyü əntiq şahmata heyranlığı ilə başlayan kolleksiyası bu muzeyin yaranmasına səbəb olub.
Ankarada üç qadın bir araya gələrək zərgərlik məmulatları istehsal edən emalatxana qurub. Onlar ortaq əmək nəticəsində gümüşdən zinət əşyaları hazırlayıb satışa çıxarır.
Ankarada gözəllik yarmarkası keçirilib. Gözəllik və kosmetika sektorundakı son inkişafları sərgiləyən və ticarəti intensivləşdirməyi hədəfləyən START BEAUTY ANKARA EXPO sərgisində istehlakçılara yüz minlərlə məhsul və xidmətlər təqdim edilib.
Kazino mədəniyyəti Türkiyədə uzun zamanlardan bəri populyar əyləncə anlayışlarından biridir. Lakin zaman keçdikcə kazinolar bağlanaraq müasir iş və əyləncə mərkəzlərinə çevrilib. Ankarada Zeki Müren, Ajda Pekkan kimi sənətkarların iz qoyduğu tarixi kazino teatr səhnəsi olaraq geri qayıdıb.
Türkiyədə bir il ərzində çörəyin qiyməti təxminən 30% artıb. Məsələ ilə bağlı Türkiyənin paytaxtı Ankarada həm ictimaiyyətlə, həm də çörəkçilərə sorğu keçirdik.
Bu il Türkiyədə kişilər tərəfindən ən az 327 qadın qətlə yetirilib. Türkiyə Qadın Dərnəkləri Federasiyası və Mavi Qapı Dərnəyi həm Türkiyədə, həm də dünyada qadınlara qarşı zorakılığı qınayan aksiya keçirilib.
Türkiyədə apteklərin bağlanması ilə nəticələnın iqtisadi problemlər əczaçıları narahat edir. 14 ildən sonra tarixdə ikinci ən böyük mitinqinə hazırlaşan əczaçılar haqlarını tələb etmək üçün meydana çıxıb.
Türkiyədə ilk dəfə çıxış edən "Sangita" ansamblı öz repertuarından diqqətlə seçilmiş incə ruhlu melodiyalar, canlı ritmlərlə Ankara tamaşaçısının qarşısına çıxdı.
Xaricdə yaşayan İran vətəndaşları İran etirazları ilə bağlı Amerikanın Səsinə danışıb. Təhlükəsizlik səbəbilə adının anonim qalmasını istəyən iki qadın bu hadisələrin onlara necə təsir etdiyi haqda danışıb.
Türkiyədə İtkin Şəhər Afrodisias sərgisi keçirilib. Sərgidə YUNESKO-nun Dünyanın mədəni irsi siyahısına daxil olan Geyre kəndinin fotoları təqdim olunub.
Türkiyəli yazar Şərmin Yaşar uşaqlara və gənclərə türk dilindəki sözlərin, ifadələrin mənasını öyrətmək üçün Ankarada Söz muzeyi yaradıb. Muzey artıq iki aydır ki, fəaliyyət göstərir
Türkiyənin paytaxtı Ankarada lokum və halva kimi cnı istehsal edən və populyarlaşdıran Ertürk şirniyyat fabriki halva mədəniyyətinə yeni ləzzətlər qatır. Ankarada kakao, qaragilə, şokolad və bir çox yeni halva növləri yaradır.
Ömrünün sonuna qədər dünya üçün faydalı bir iş görmək istəyən Çingiz bəyin emalatxanasına qonaq olduq. Hobbi olaraq başladığı bu sənətə indi bir usta olaraq tələbələri ilə birlikdə davam edir.
Ankarada sosial, mədəni və iqtisadi cəhətdən imtiyazsız bölgələrdə yaşayan uşaqların musiqi ilə tanış olmasını hədəf alan layihə həyata keçirilib.
Türkiyənin paytaxtı Ankarada Səhər Yeməyi Festivalı baş tutub. Festival Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı və Meşə Nazirliyi və Ankara Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.
Türkiyənin səhiyyə sektorunda pandemiyadan sonra maaş böhranı yaşanıb. Səhiyyə işçiləri pandemiya dövründə iş vaxtından artıq işlədiklərini və maaşlarının veriləcəyini bildirən Səhiyyə Nazirliyinə səslərini çatdırmaq üçün hərəkətə keçib.
Çölyak xəstələrinə xidmət verən "Ankara Pastası" dərnəyi 18-ci ildönümünü qeyd etdi. Dərnəyin sədri dedi ki, ziyarətə gələn vətəndaşlara qlüten allergiyası diaqnozu qoyulduqdan sonra insanlar nə yeyəcəklərini bilmirlər və biz əslində onlara glütensiz istədiyiklərini yeyə bildiklərini öyrədirik.
Ankara Təbiblər Otağı İstanbuldakı partlayışla əlaqədar açıqlama verib. Bəyanatda hadisəyə görə Türkiyənin hazırkı hökumətinin məsuliyyət daşıdığı və bunun terror adı altında gizlədildiyi haqda fikirlər səsləndirilib.
Türkiyənin paytaxtında ODTÜ universitetinin tələbələri universitetin kampusunda yerləşən meşə sahəsinində rayonlaşdırma planının həyata keçirilməsinə qarşı etiraz edib.
Usta Nevzat 76 illik həyatında yaşadıqlarını və gördüklərini ağacdan hazırlanmış heykəllərlə əks etdirir. O, bu yaşda həyatda olan haqsızlıqlara ancaq bu şəkildə tab gətirə bildiyini açıqlayıb.
Daha çox yüklə