Ankaranın Kalecik rayonunda bu il 12-ci dəfə Beynəlxalq Kalecik Qarası Üzüm Festivalı keçirilib. Festivalda minlərlə insan eyni anda 7 ton üzüm əzib, üzümdən müxtəlif məhsulların hazırlanması və satışı baş tutub.
Ginnes Rekordlar kitabına toyuq yumurtasının üzərində 8 mindən çox bəzəkli kompozisiyalar yaradaraq düşən türkiyəli Hamit Hayran öz rekordunu 11 minlə təzələyib. Yumurta qabığında yaratdığı əsərlər insanların böyük marağına səbəb olub.
2008-ci ildə Estoniyada başlayan və 170 ölkəyə yayılan “World Clean Up Day” bütün dünyada olduğu kimi Türkiyədə də müxtəlif tədbirlər təşkil edilərək keçirilib. Tələbələr, dərnəklər və könüllülər; əlcək geyinərək piknik yerlərini, göl və çay sahillərini minlərlə tullantıdan təmizləyib.
Ankarada tullantılardan yenidən emal edilən məhsulların sərgisi keçirilib. Sərgidə paytaxt qadınlarının hər il böyük maraq göstərdiyi BELMEK-də (Bacarıqlar və Peşə Kursları) istehsal olunan əl işi məhsullar da nümayiş etdirilib.
Ankarada “Altılı Masa” üzvləri - Meral Akşener, Kemal Kılıçdaroğlu və Mansur Yavaşın iştirak etdiyi kənd təsərrüfatının inkişafı mövzusunda tədbir keçirilib. Tədbirdə bu günə qədər aparılan islahatlar və bundan sonra görüləcək işlər müzakirə edilib.
Türkiyədə son üç ayda benzində 102, dizeldə 113, LPG-də 29 faiz artım qeydə alınıb. Bütün bu artımlarla birgə sentyabrın gəlişiylə balıq sezonu da açıq elan edilib. Qiymətlərlə bağlı balıq bazarında da sorğu keçirdik.
İlk zəngin çalınmağı ilə 3 aylıq isti yay günlərini artıq geridə qoyduq. Aktiv həyat, yeni tədris ili və bir çox şeyin başlanğıcı kimi Türkiyədə 12 sentyabr məktəblər açıq elan edildi. Valideynlərlə məktəblərin açılışı ile bağlı sorğu keçirdik.
Türkiyədə xüsusi mis qablarda hazırlanan milli içki türk qəhvəsinin xüsusiyyətləri ve digər qəhvələrdən fərqini araşdırdıq. Dünyada qəhvəyə olan marağın artması ilə Türkiyənin milli qəhvəsi də getdikcə daha da məşhurlaşır.
Türkiyədə yeni tədris ilinin başlamağı ile birlikdə qiymətlərdəki artımın şərtləri daha da çətinləşdirdiyini deyən valideynlər vəziyyətdən şikayətçidir. Amerikanın Səsi həm məktəb ləvazimatları dükanlarından, həm də valideynlərdən yeni tədris ili ilə bağlı fikirlərini öyrənib.
Türkiyədə kirayə qiymətlərinin bahalılığına görə heç kim yaşadığı evdən çıxmaq istəmir. Bununla bağlı, Ankarada əmlakçəlarla sorğu keçirdik. Sorğu zamanı bəziləri xarici vətəndaşları günahlandırsa da, digərləri bu vəziyyəti ekonomik qeyri-stabilliklə açıqladı.
1926-cı ildə Atatürkün açdığı bu tarixi bina Klemens Holzmeister tərəfindən neo-klassik qaydada tikilibr. Bina daha sonra PTT- (Poçt Telefon Telegraf) tərəfindən bərpa edilərək PTT möhür muzeyinə çevrilib.
Türkiyənin KPSS- dövlət kadrları seçki imtahanının suallarının oğurlandığına aid mətbuat və sosyal medialarda xəbərlər çıxıb. ÖSYM imtahan və yerləşdirmə mərkəzi ilkin açıqlamalarında bunun inkar etsə də, bir həftə sonra imtahan ləğv edilərək ÖSYM sədri işdən çıxarılıb.
Ankara Böyükşəhər Bələdiyyəsi Şəhər Orkestri 1985-ci ildən bəri fəaliyyət göstərir. İlk öncə Bələdiyyə Qrupu adı altında qurulan orkestr yay fəsli ərzində fərqli parklarda dincələn sakinlər üçün yarım saatlıq ödənişsiz konsert proqramları təqdim edir.
Ankaranın ilk sənaye muzeyi olan Ankara Rahmi Koç Muzeyi 2005 ilində ziyarətçilərə açılıb. Muzeydə 1850-ci illərdən etibarən sənayedə istifadə olunan vəsaitlədən tutmuş dənizçilik, havaçılıq kimi bir çox sahənin inkişafında yer alan önəmli əşyalar da sərgilənir.
Ankarada tarzən Emre Eryılmaz və pianist Orkun Zəfər Özgelen Türkiyədə az tanınan Qafqaz əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə Tofiq Quliyev, Səid Rüstəmov, Həsən Rzayev kimi azərbaycanlı bəstəkarların da əsərlərinə yer verilib.
Əsl sənəti fizika mühəndisliyi olan Onur Bolat artıq 15 ildir ki, illüstrator kimi fəaliyyət göstərir. O, Ankara küçələrindən öz sərgi salonu kimi istifadə edir.
Ankara metrosunda ilk dəfə olaraq kitabxana açılıb. 48 kitabla başlayan bu kitabxana, insanların ianəsi sayəsində 6 mindən çox kitab yığıb. Hal-hazırda həm Kızılay stansiyasında, həm də Dikimevi stansiyasında filialları var.
Ankaranın Ulus bazarında şəhər sakinlərindən ölkədəki iqtisadi vəziyyətlə bağlı fikirlərini soruşduq. Əhalinin bir hissəsi bu vəziyyətdən narazı olsa da, digərləri problemin kökünü dünya krizisi ilə əlaqələndirdi.
Ankapark ilk dəfə olaraq media mənsublarına açılıb. Ankaranın meri Mansur Yavaş jurnalistlərə açıqlama verib. Milyonluq parkın və yararsız oyuncaqların boş ərazi ilə birliktə gələcəyinin necə olacağı xalqa anket vasitəsilə soruşulacaq. Nəticəyə əsasən ərazinin talehinə qərar verilecək.
Açıq havada kinoteatr ənənəsi ilk dəfə 1916-cı ildə Almaniyanın Berlin şəhərində başlayıb. Bu ənənə 1920-ci illərdə ABŞ-da geniş yayılmağa başlayıb. Açıq hava kinoteatrı ənənəsi hələ də nostalgiya sevənlər üçün dünyanın bir çox yerində davam edir.
Daha çox yüklə