Son illər daha çox azərbaycanlı xarici alış-veriş saytlarına üz tutur. Onlar xaricdən məhsul gətirməyin yerli dükanlardan almaqdan daha sərfəli olduğunu deyir. Bunun səbəbi bəs nədir? Bu haqda Nigar Mübarizin reportajında.
İlhamə Kərimova əvvəllər gözəllik salonunda çalışsa da, bir aydan çoxdur ki, işsizdir. Həyat yoldaşı Urfan Kərimov isə restoranda aşpaz kimi fəaliyyət göstərir. Deyir ki, övladlarının təhsili üçün bəzən istirahət günü də daxil, fasiləsiz işləyir, amma yenə də aylıq xərcləri çatdıra bilmir.
Hər gün Bakı kəndlərinə gedən minlərlə insan ya avtobuslardan, ya da metro çıxışında dayanan “manatlıq” taksilərdən istifadə etməli olur. Sakinlər şikayətlənir ki, avtobusların sayı azdır, intervalda gecikmələr baş verir. Ümumilikdə isə Bakı kəndlərinə gedib-gəlmək onların xeyli zamanını alır.
Afaq və Ceyhun 4 aydan çoxdur ki, ailə qurublar. Kirayə ev axtarışına çıxan cütlük, çətinliklə də olsa, Bakıxanov ərazisində 400 manata mənzil tapa bilib. Onlar deyir ki, mərkəzdən bir az aralıda 300-350 manata evlər tapsalar da, yaxşı şərait və təmir olmadığına görə imtina ediblər.
Bərdə Qadın Klubu 2021-ci ilin yanvarında təsis edilib. Burada qadınlara kompyuter bilikləri öyrədilir, gender bərabərliyi mövzusunda təlimlər keçirilir, hüquqi və psixoloji yardım göstərilir. Klubun yaradıcısı Ülviyyə Babasoy deyir ki, indiyə kimi 250-dən çox qadına dəstək ola biliblər.
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, əvvəllər ölkəyə gələn xarici şirkətlərdə yerli işçilərin hüquqlarının pozulması faktları sayca çox idi, amma hazırda Dövlət Neft Şirkətinin pozuntularına daha çox rast gəlmək olur.
İlk dəfə 2016-cı ildə səhnələşdirilən “Baladadaşın toy hamamı” müzikli artıq 7-ci ildir ki, nümayiş olunur. Əsərin bəstəkarı Firudin Allahverdi şikayət edir ki, Mədəniyyət Nazirliyi hələ də onun qonorarını verməyib.
Tansu Kamal hazırda folklorşünaslıq üzrə təhsil alır. İki nüsxədə kitabı var, aşıq yaradıcılığını araşdırır. Tansu hesab edir ki, musiqiyə aid dərsliklər mərhələli şəkildə yazılmalı, universitet səviyyəsindəki kitablar daha çox elmi-tənqidi müzakirələr yaratmalıdır.
Avqustun 15-də Şabranın Xəlfələr kəndindəki əkin sahəsi yanmağa başlayıb. Yanğın qısa müddətdə meşə və kəndlərə yayılıb.