Birinci Qarabağ müharibəsində Ağdamdan məcburi köçkün düşən Şəhla Səfərova Ukraynanın Jitomir şəhərində özünə kiçik biznes qurub. Restoran işlədən Şəhla Səfərova Rusiyanın Ukraynaya hücümu zamanı ilk günlərində şəhərdə yaranan panikadan Amerikanın Səsinə danışıb.
30 ildir Ukraynanın Jitomir şəhərində yaşayan Akif Səfərov müharibənin yaratdığı çətinliklərdən Amerikanın Səsinə danışıb.
Kyivdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə növbəti dəfə “Etnik çələng” sənət festivalı keçirilib. Xeyriyyə məqsədi ilə keçirilən tədbirdən yığılan gəlir Ukrayna ordusunun ehtiyaclarına yönəldilir.
Qoşunların təmas xəttinə çox yaxın olan Donetsk vilayətinin Konstantinovka şəhəri tez-tez Rusiya aviasiyasının və raket hücumlarının hədəfinə çevrilir. İdrak Camalbəylinin Konstantinovkadan reportajı.
30 ildir Ukraynada yaşayan Məmmədağa Məmmədov müharibənin dağıdıcı nəticələrindən Amerikanın Səsinə danışıb.
50 ildir Dniproda yaşayan Sərxoş İsmayılov şəhərin ictimai-siyasi və idman həyatında tanınmış şəxslərdən biridir. Sərxoş müəllim Ukraynada müharibə başlayandan sonra azərbaycanlıların üzləşdiyi çətinliklərdən Amerikanın Səsinə danışıb.
Rusiyanın işğalçı müharibəsinin təsirləri Dniproda hər addımda hiss olunur. Cəbhə bölgəsindən uzaqda yerləşməsinə rəğmən, şəhər mütəmadi olaraq raket zərbələrinə hədəf olur.
Ukraynada müharibədən ən çox zərərçəkən şəhərlərdən biri olan Dnipro şəhəridir. Əməkdaşımız İdrak Camalbəyli şəhər meri Boris Flatovla müharibənin nəticələrindən və yaratdığı problemlərdən danışıb.
Son raket hücumu nəticəsində Donetsk vilayətinin Pakrovsk şəhərində onlarla şəxs həlak olub, 30-dan çox yaralanıb. Raket hücumu nəticəsində şəhərdə yaşayan azərbaycanlılara da ciddi ziyan dəyib.
Ukraynada yaşayan azərbaycanlı Rauf İbrahimov Dünya Kempo Federasiyasının texniki direktorudur. Hazırda o, Ukraynanın müdafiəsinə qoşulan könüllülərin hazırlanmasında iştirak edir.
Ukrayna şəhərlərində son günlərdə Rusiyanın endirdiyi raket və dron zərbələrinin nəticələrini aradan qaldırmaq istiqamətində intensiv işlər gedir. Kyivdə şəhərə olunan raket və dron hücumlarından sonra zədələnən qaz borusunun bərpası davam edir. Əməkdaşımız İdrak Camalbəyli Kyivdən xəbər verir.
2 ilə yaxın müddətdə davam edən müharibə Ukraynada yaşayan bütün millətləri Rusiya ordusuna qarşı səfərbər edib. Ukraynada doğulan, əslən gürcü olan Temuri Lomidze ordunun zəruri ehtiyaclarını ödəmək üçün ətrafına könüllülər toplayaraq doğulduğu ölkənin silahlı qüvvələr üçün pul toplayır.
Ukraynanın Truskavets şəhərində Ukrayna-Azərbaycan dostluğu çərçivəsində Müslüm Maqomayevin xatirəsinə həsr olunan Vl Beynəlxalq Vokal Müsabiqəsi keçirilib.
Kyivin Mixaylovsk meydanında Ukraynanın ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə həlak olan azərbaycanlı hərbçi Tərlan Osmanovla vida mərasimi keçirilib. Bir müddət itkin kimi sayılan Osmanovun nəşi döyüşçü yoldaşlarının səyi nəticəsində tapılaraq Azərbaycana yola salınır.
Döyüş zonasından xeyli uzaqda olmasına baxmayaraq Vinnitsa şəhərində müharibənin nəticələrini hər an görmək olar. Yerli əhali müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mütəşəkkil formada çalışırlar.
Döyüş bölgəsindən uzaqda yerləşməsinə rəğmən, Vinnitsa şəhəri də Rusiya ordusunun atdığı raketlərin hədəfinə gəlib. Şəhərə atılan raketin mərmiləri məktəb binasına düşməsi nəticəsində təhsil ocağı ciddi zərər görüb.
Uzun müddətdir Kyivdə yaşayan Günay Hüseynova müharibənin ilk günlərində yaşadıqları çətinlikləri barədə Amerikanın Səsinə danışıb. Müharibə başlayan zaman oğlu İsmayıl könüllü müdafiə dəstələrinə qoşulub. İsmayıl İrpen, Buça və digər şəhərlərin müdafiəsində iştirak edib.
Vinnitsa şəhərində yaşayan azərbaycanlı iş adamı Uğur Mehdiyev müharibənin yaratdığı çətinliklərdən danışıb.
Amerikanin Səsinin əməkdaşları Vinnitsa şəhərində olarkən Sambo üzrə Ukrayna kubokunun keçirildiyinin şahidi olub. Müharibə dövründə yüzlərlə idmançının iştirak etdiyi turnirin əsas təşkilatçısı Vinnitsa şəhərində yaşayan azərbaycanlı, Vinnitsa Sambo Federasiyasının Prezidenti Tural Bağırzadədir.
Ukraynanın Vinnitsa şəhərinin Azərbaycan əsilli deputatı Teymur Abuşov Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin doğurduğu problemlərdən danışıb.
Daha çox yüklə