Nima Puryaqub: İranın Qərblə yaxlınlaşması insan haqlarını yaxşılaşdırmayıb
“Əsas məsələ İranın dünya ölkələri ilə əlaqəsinin yaxşı olması deyil. Əsas sual bu olmalıdır ki, hökumətin öz milləti ilə əlaqəsi necədir?” deyə Təbrizli hüquq müdafiəçisi bildirir. Onun sözlərinə görə İran-Qərb münasibətləri yaxşılaşması ölkə daxilindəki vəziyyətdə dəyişiklik yaratmayıb. Nima Puryaqub Amerikanın Səsi ilə söhbətdə İran-Qərb yaxınlaşması və nüvə böhranı ilə əlaqədar tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasının ölkə daxilində insan haqları durumu, xüsusilə, beynəlxalq insan haqları qurumlarına əsasən, Həsən Ruhaninin prezidentliyə gəlməsindən sonra artmağa davam edən edamlar üzərində təsir buraxıb-buraxmayacağını dəyərləndirib.
Episodes
-
Noyabr 23, 2022Siyamək Kuşi: "Atamın səhhəti bizi çox narahat edir"
-
Oktyabr 03, 2022Sevda Tahir Afşarla müsahibə.mp3
-
Oktyabr 02, 2022Ruzbeh Səadəti ilə müsahibə
-
Aprel 12, 2022Simin Səbri ilə müsahibə
-
Aprel 12, 2022Babək Bəxtavərlə müsahibə