Nyu Yorkda əntiq kitab yarmarkası
Nyu Yorkda vaxtaşırı kitabla bağlı müxtəlif mövzuları əhatə edən tədbirlər baş tutur. Bunlardan ən önəmlisi ildə bir dəfə keçirilən Beynəlxalq Əntiq Kitab Yarmarkasıdır. Bu yarmarka öyrəşdiyimiz ikinci əl kitab bazarlarından fərqlənir. Buradakı kitablar köhnəldiyi üçün daha ucuz satılmır, əksinə, təqdim olunanlar şərab kimi köhnəldikcə dəyəri artan nüsxələrdir. Ədəbiyyat, incəsənət, siyasət və ya elm dünyasındakı kifayət qədər önəmli insanların əsərlərinin ilk nüsxələri yarmarkada satışa çıxarılıb. Məsələn, Viktor Hüqonun ilk əsəri, və ya dünyada nəşr olunan ilk İncillərdən biri, Nyutonun imzalı məqaləsi, Tomas Ceffersonun kitabxanasında yer alan lüğət, Aleksandr Dümanın əsərlərinin ilk nəşri kimi yüzlərlə qiymətli əsər.
Episodes
-
Noyabr 30, 2021Məbəd Meydanı
-
Noyabr 30, 2021Solt Leyk Siti
-
Noyabr 01, 2021Teton dağlarında kampinq
-
Noyabr 01, 2021Cenni gölü
-
Noyabr 01, 2021Taqqard gölü
-
Noyabr 01, 2021Qrand Teton Milli Parkı