"Sevgi ilə əl işləri" yarmarkası
“Flora” hosteldə "Sevgi ilə əl işləri" adlı yarmarka təşkil olunub. COVID-19 pandemiyası səbəbindən Azərbaycanda kütləvi tədbirlər uzun müddət idi ki təxirə salınmışdı. Artıq karantin rejimi yumşaldıldığından "Flora" hostelin təsisçisi Türkay Bayramlı satış yarmarkası təşkil edib. Uzunmüddətli karantindən sonra təşkil edilən tədbirdə karantin qaydalarına əməl olunub. Yarmarkada gənclər kitablar və müxtəlif növ əl işlərini satışa çıxarıb. Bundan başqa, bişirdikləri veqetarian yeməkləri təqdim edən satıcılar da yarmarkada iştirak edib. Təşkilatçı Türkay Bayramlı deyir ki, gələcəkdə müxtəlif tipli yarmarkalar təşkil etməyi düşünür.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi