Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından təxminən bir il sonra ABŞ müdafiə naziri Lloyd Austin Kyiv hökumətinin Rusiya qüvvələrinə qarşı döyüş meydanında üstünlüyü ələ keçirmək şanslarını müsbət qiymətləndirdiyini bildirib. Lloyd Austin bu açıqlamaları bu həftə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra verib. ABŞ müdafiə naziri Ukraynanın yaz aylarında Rusiyaya qarşı hücuma başlayacağını gözlədiyini deyib. O, Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun 54 üzvünün əsas diqqəti hazırda Kyivi ehtiyac duyulan sursat və yanacaqla təmin etməyə yönəltdiyini bildirib.
ABŞ Ukraynanın yazda Rusiyaya qarşı hücuma hazırlaşdığını bildirir
Rusiyanın Ukraynada müharibəyə başlamasından bir ili ərəfəsində ABŞ müdafiə naziri Lloyd Austin Kyiv hökumətinin Rusiya qüvvələrinə qarşı döyüş meydanında üstünlüyü ələ keçirmək şanslarını müsbət qiymətləndirdiyini deyib.O, Ukraynanın yazda Rusiyaya qarşı hücuma başlayacağını gözlədiyini bildirib.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi