Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın dini və dövlət qurumlarının rəhbərlərinin ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfərini şərh edərək, Yuta ştatı və Azərbaycan arasında tolerantlıq, dinlərarası anlaşma və multikulturalizm baxımından oxşar cəhətlərin olduğunu qeyd edib. O, Amerikanın Səsinə dini icmaların nümayəndələri, siyasi rəhbərlik və biznes liderləri ilə görüşlərdə Azərbaycanda multikulturalizm dəyərlərinin dəstəklənməsinin bir numunə olaraq vurğulandığını bildirib. Xəzər İbrahim səfərin Azərbaycan və Yuta ştatı, eləcə də ABŞ və Azərbaycan arasında qarşılıqlı əlaqələrin güclənməsinə xidmət etdiyini bildirib.
Xəzər İbrahim: Səfər Yuta ştatı ilə Azərbaycan və ABŞ-Azərbaycan əlaqələri üçün böyük əhəmiyyət daşıyır
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi