Accessibility links

Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşdə Ermənistanla sülh prosesinin cari vəziyyəti barədə danışıb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Münhendə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Münhendə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edərək yenidən Bakının danışıqların gedişatına maneə kimi qiymətləndirdiyi məsələlərə diqqət çəkib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də baş tutan görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar, nazirliyin mətbuat xidməti bildirir.

Ceyhun Bayramov “postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar” fonunda ATƏT-in Mink qrupunun ləğvinə çağırıb.

“Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların ləğv edilməsinin vacibliyini qeyd etdik”, Bayramov görüşlə bağlı “X” səhifəsində yazıb.

Azərbaycan-Ermənistan danışıqlar prosesinin cari vəziyyətinə gəldikdə, Bayramov rəsmi Bakının əvvəllər də bəyan etdiyi narahatlıqlarını yenidən dilə gətirib.

“Ermənistanın öz Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbiləşməsindən narahatlıq ifadə etdik”, nazir əlavə edib.

Rəsmi Bakının mövqeyinə görə, Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibdir.

Azərbaycanlı rəsmilər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə münaqişənin artıq həll olduğunu vurğulayaraq, ATƏT-in Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli üçün yaradılmış Minsk Qrupunun varlığının əhəmiyyətsiz olduğunu bəyan edib.

Şənbə günü Münhendə Ermənistanın Baş naziri ilə ATƏT-in Baş katibi arasında da görüş baş tutub. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan və Azərbaycan arasında sülh prosesinin uğurunun regional sabitliyin təmin olunmasında mühüm rol oynayacağı vurğulanıb.

Nikol Paşinyan həmçinin bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlərində, o cümlədən Almaniya Kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə müzakirələr zamanı Ermənistan-Azərbaycan sülh danışıqlarının cari vəziyyətinə toxunduqlarını bildirib.

Yerevan Minsk Qrupunun ləğvi ilə bağlı təklifə “konstruktiv” yanaşsa da, beynəlxalq vasitəçilərin danışıqlarda iştirakına daha müsbət baxır. Bakı isə əksinə danışıqların ikitərəfli formatda davam etdirilməsində maraqlıdır.

Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını, əksinə Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu deyib. Lakin azərbaycanlı rəsmiləri bu iddianı əvvəllər təkzib ediblər.

Ermənistan Baş nazirinin sözlərinə görə, sırf bu məsələnin həlli üçün Sazişə “tərəflərdən heç biri bu Sazişin həyata keçirilməməsinə əsas kimi öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz” müddəasını əlavə etmək olar.

Nikol Paşinyan daha əvvəl Bakının silahlanma ilə bağlı ittihamlarına da münasibət bildirərək deyib ki, Ermənistanın hərbi islahat gündəliyində heç bir qeyri-legitim element yoxdur.

Digər tərəfdən, iki ölkə son aylarda sərhədlərin delimitasiyası üzrə müəyyən irəliləyişlər, o cümlədən yanvarın 16-da sərhədin tam olaraq delimitasiyası ilə bağlı razılıq əldə ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG