Oreqon Film Muzeyi
Oreqon Film Muzeyi US101 magistral yolunun Oreqon ştatının ərazisinə düşən ən şimal şəhəri olan Astoriada yerləşir. ABŞ-ın Oreqon ştatında çəkilmiş filmlərini sərgiləyən bu muzeyin əsası 2010-cu ildə köhnə Klatsop Həbsxanası binasında qoyulmuşdur. Elə film nümunələri, aktyor kostyumları, dəzgah və avadanlıqlar da həbsxana bloklarında nümayiş olunur. Muzeydəki xidmətlərdən biri də müddətlik istifadəyə götürülə biləcək kamera avadanlıqları, çəkiliş etmək üçün istifadə olunan yaşıl ekranlı müxtəlif otaqlardır ki, burada gənc videoqraflar öz qısametrajlı filmlərini çəkə və montajlaya bilərlər.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi