Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Zelyana Zovko Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji ehtiyaclarını qarşılamaq üçün vacib tərəfdaş olmasına baxmayaraq, ölkədə insan hüquqlarının, söz və media azadlığının vəziyyəti narahatlıq doğurur.
Avropa Parlamentinin üzvü Viola Von Kramon-Taubadel Azərbaycan və Avropa İttifaqı münasibətləri barədə Amerikanın Səsinə danışıb. Almaniyalı deputat Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyətinə dair narahatlıq ifadə edib.
Fevralın 24-ü Strasburqda Avropa Şurası qərargahında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin bir illiyi anılıb. Avropa Şurasının liderləri Ukraynaya dəstəklərini ifadə edib, Rusiyanın təcavüzkar siyasətini pisləyiblər.
AŞPA-nın qış sessiyasına qatılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov sessiya çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair keçirdiyi görüşlər və müzakirələr barədə Amerikanın Səsinə danışıb.
AŞPA-nın qış sessiyasında Laçın dəhlizindəki vəziyyət müzakirə edilib. Parlamentarilər humanitar böhranın yarana biləcəyindən və regionda gərginliyin yenidən artacağından narahatlıqlarını ifadə edib, hər iki tərəfi danışıqlar masasına qayıtmağa, məsələni dialoq yolu ilə həll etməyə çağırıblar.
AŞPA-nın qış sessiyasına qatılan hüquq müdafiəçisi Zaur Əkbər Strasburqda keçirdikləri görüşlər və müzakirələr barədə Amerikanın Səsinə danışıb. O, Azərbaycanda siyasi məhbuslar məsələsini, xüsusilə, Bəxtiyar Hacıyevin həbsini qabartdıqlarını bildirib.
Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin rəhbəri, "Kürü diplomatiyası" araşdırmasının müəllifi Gerald Knaus Azərbaycanda siyasi məhbuslar, AŞPA-dakı korrupsiya qalmaqalı barədə danışıb.
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində baş tutan tədbirdə AŞPA deputatları Azərbaycanda hələ də siyasi həbslərin qalmasından narahatlıqlarını ifadə ediblər. Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən reaksiya almaq mümkün olmayıb.
Avropa İttifaqı İrana qarşı insan hüquqları pozuntularına görə yeni sanksiya paketini qəbul edib. Bazar ertəsi Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Brüsseldə baş tutan toplantısında daha 18 iranlı fiziki şəxs və 19 qurum sanksiya siyahısına əlavə edilib.
Avropa Parlament Laçın dəhlizinin blokadaya alınmasının yaratdığı ağır humanitar böhrandan təəssüfləndiyini bildirib. Azərbaycan Milli Məclisinin yaydığı bəyanatda isə qətnamənin qeyri-obyektiv və ədalətsiz olduğu, yalan və saxta məlumatlar əsasında hazırlandığı deyilir.
Daha çox yüklə